Vəzifə haqqında:
“Honours Academy” komandası vizual ünsiyyətin gücləndirilməsi, brend mesajlarının daha cəlbedici və yadda qalan şəkildə təqdim edilməsi məqsədilə “Qrafik və Mouşn Dizayneri” axtarır. Bu vəzifə vizual kontentin yaradılması, marketinq təşəbbüslərinin dizayn baxımından dəstəklənməsi və auditoriya ilə estetik baxımdan effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
- Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
- Dijital kampaniyalar və sosial media üçün “motion graphic” və animasiyaların hazırlanması;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
- Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
- Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
- Qrafik və mouşn dizayn sahəsində trendləri izləmək və işə tətbiq etmək.
Tələblər:
- “Qrafik və Mouşn Dizayn” sahəsində minimum 2 illik iş təcrübəsi;
- “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı;
- Həm qrafik, həm də mouşn dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio;
- Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
- Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
- Komanda ilə effektiv işləmə vərdişləri.