Vəzifə haqqında:
“Honours Academy” komandası satış və əməliyyat proseslərini sistemli şəkildə idarə edəcək, həm fərdi (B2C), həm də korporativ (B2B) müştəri münasibətlərinin inkişafını təmin edəcək “Sales and Operations Manager” axtarır. Bu vəzifə Müştəri Əlaqələri (B2C) və Partnyorlarla İş (B2B) üzrə mütəxəssislərin fəaliyyətinə rəhbərlik edərək satış hədəflərinin icrasını, qeydiyyat və ödəniş proseslərinin düzgün aparılmasını, müştəri təcrübəsinin hər mərhələdə yüksək səviyyədə təmin olunmasını və ümumi satış əməliyyatlarının effektiv idarə olunmasını təmin edir.
Əsas vəzifə öhdəlikləri:
- B2C və B2B satış komandalarının gündəlik fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsünü və prioritetləri müəyyənləşdirmək;
- Satış planlarını, aylıq və rüblük hədəfləri müəyyənləşdirmək, icrasını izləmək və hesabatlılığı təmin etmək;
- Müştəri qeydiyyatı, müqavilə və ödəniş proseslərinin düzgün və tam şəkildə aparılmasına nəzarət etmək;
- Satış göstəriciləri, gəlir axınları və müştəri cəlbetmə kanalları üzrə analitik hesabatlar hazırlamaq;
- Tədris, marketinq və mühasibatlıq komandaları ilə koordinasiyada çalışaraq satış və əməliyyat proseslərini optimallaşdırmaq;
- Yeni təlim və imtahan layihələri üzrə satış strategiyalarını hazırlamaq və icra prosesini idarə etmək;
- Müştəri təcrübəsini təkmilləşdirmək məqsədilə daxili prosedurları və xidmət mərhələlərini optimallaşdırmaq;
- Satış komandasının motivasiyasını, performansını və inkişafını izləmək və dəstəkləmək;
- Eskalasiya tələb edən mürəkkəb müştəri hallarında birbaşa iştirak edərək operativ və həll yönümlü yanaşma tətbiq etmək.
Tələblər:
- Biznes, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Satış və əməliyyatlar sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən komanda idarəçiliyi təcrübəsi;
- Müştəri münasibətlərinin idarəedilməsi (CRM) konsepsiyası üzrə biliklər: müştəri cəlbi, saxlanması, yenidən satış və məmnuniyyət mərhələlərinin idarə olunması bacarığı;
- B2C və B2B satış prosesi, müştəri yönümlü xidmət prinsipləri və satış dövriyyəsinin idarə edilməsi üzrə təcrübə;
- Analitik düşünmə və planlaşdırma bacarığı, məlumatlarla işləmək və qərarvermə qabiliyyəti;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dillərində danışıq və yazı bacarığı;
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;